Prezident İlham Əliyev Heydər bağında yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Heydər bağında yaradılan şəraitlə tanış olub
# 04 may 2016 16:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev paytaxtın Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında Heydər Əliyevin iştirakı ilə açılıb.

Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR