Rusiyada mikroavtobusla yük maşını toqquşub, 9 nəfər ölüb

Rusiyada mikroavtobusla yük maşını toqquşub, 9 nəfər ölüb
# 02 mart 2016 13:23 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Penza vilayətində baş verən yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə M-5 “Ural” federal magistral yolunda baş verib.

"Mercedes" markalı mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində ilkin məlumata görə, 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisənin baş vermə şəraiti araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR