Rusiyalı pilotu öldürdüyünü iddia edən Alparslan Çelik İzmirdə yaxalanıb

Rusiyalı pilotu öldürdüyünü iddia edən Alparslan Çelik İzmirdə yaxalanıb
# 31 mart 2016 16:17 (UTC +04:00)

Bakı – APA. Ötən il noyabrın 24-də Türkiyə hava məkanını pozduğu üçün vurulan Rusiyaya məxsus “Su-24” hərbi təyyarəsinin katapult edən pilotu Oleq Peşkovu öldürdüyü iddia olunan Türkiyə vətəndaşı Alparslan Çelik İzmirdə həbs edilib.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, aralarında A. Çelikin də olduğu 14 nəfər martın 30-da axşam saatlarında İzmir şəhərində bir restorana yemək yeməyə gedib. Bir qədər sonra onlar restorana gələn polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparıb. Aparılan axtarış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 2 tapança və çoxlu sayda patron aşkarlanaraq götürülüb.

Qeyd edək ki, Suriyada Bayırbucak türkmənlərinin tərəfində döyüşən A. Çelik “Su-24”ün vurulmasından sonra katapult edərək paraşütlə aşağı enən pilot A. Peşkovu güllələdiyini bildirmişdi. A. Çelik bu səbəblə Rusiya tərəfindən terrorçu elan edilərək axtarılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR