Lavrov və Kerri arasında növbəti telefon danışığı olub

Lavrov və Kerri arasında növbəti telefon danışığı olub
# 02 mart 2016 09:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiya xarici işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı olub.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi məsələsini müzakirə ediblər.

“Suriyada hərbi əməliyyatların dayandırılması ilə bağlı Rusiya-ABŞ təşəbbüslərinə əməl edilməsi və BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Xarici siyasət idarələrinin rəhbərləri Suriyada hakimiyyət və silahlı qüvvələrinin əməl etməli olduğu atəşkəs rejiminin gücləndirilməsi üçün iki ölkə arasındakı koordinasiyasının əhəmiyyətini vurğulayıblar. BMT-nin Cenevrədə danışıqların bərpa edilməsi səyləri dəstəklənib”, - deyə Rusiya XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, ABŞ və Rusiya arasında imzalanan sazişə əsasən fevralın 27-də Suriyada atəşkə rejimi qüvvəyə minib. Lakin atəşkəs sazişi İŞİD, “Ən Nüsra Cəbhəsi” və digər terrorçu qruplaşmalara şamil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR