Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyinat olub
# 28 dekabr 2015 15:09 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, Məhəbbət Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsinə təyin edilib. Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu təyinata qədər M. Vəliyeva BŞTİ-nin müdir müavini vəzifəsində çalışıb.

Təhsil nazirinin digər əmrləri ilə Rəşad Tağıyev BŞTİ-nin müdir müavini vəzifəsinə, İlhamə Abdullayeva BŞTİ-nin İnformasiya təminatı sektorunun müdiri vəzifəsinə, Raman Məmmədov BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR