Bakıda axtarışda olan şəxslər saxlanılıb

Bakıda axtarışda olan şəxslər saxlanılıb
# 29 fevral 2016 09:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Suraxanı rayon 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1980-ci il təvəllüdlü Həmid Abdinov, Xətai rayon 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində axtarışda olan 1980-ci il təvəllüdlü Ceyhunə Həsənova, Xəzər rayon 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, CM-nın 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1988-ci il təvəllüdlü Babaqulu Ağayev, Binəqədi rayon 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, CM-nın 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1970-ci il təvəllüdlü Vahid Rəhimbəyli tutulublar.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR