“Bank of Azerbaijan”ın əmanətçilərinə 20 mln. manata yaxın kompensasiya ödənilib

“Bank of Azerbaijan”ın əmanətçilərinə 20 mln. manata yaxın kompensasiya ödənilib
# 12 fevral 2016 06:47 (UTC +04:00)

Bakı - APA-Economics. Seçilmiş agent banklar tərəfindən sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin sənədləri qaydasında olan qorunan əmanətçilərə 19,6 mln. manatdan artıq kompensasiya ödənilib. Bu barədə "APA-Economics"ə Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR