Rusiya XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində proses gedir"

Rusiya XİN rəhbəri: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində proses gedir"
# 11 iyul 2016 17:41 (UTC +04:00)


Bakı. Ramiz Mikayıloğlu - APA. “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində proses gedir”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə deyib.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq görüşünün nəticələrini yüksək qiymətləndirir: “Mən Ermənistan və Azərbaycana Rusiya prezidentinin tapşırığı ilə səfər edirəm. İnanıram ki, bu görüş münaqişənin tənzimlənməsi istiqamətində gələcək addımları müəyyənləşdirməyə imkan verəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR