Bakıda mebel sexində yanğın baş verib

Bakıda mebel sexində yanğın baş verib
# 14 noyabr 2015 22:55 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan mebel sexində baş verib. Nəticədə sexin içərisində 70 kv.m sahədə taxta qırıntıları və kağız qutular yanıb. Mebel sexi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR