BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Antalyada keçiriləcək zirvə toplantısında təmsil olunacaq

BAXCP Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Antalyada keçiriləcək zirvə toplantısında təmsil olunacaq
# 18 mart 2016 05:06 (UTC +04:00)

Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Antalyada keçiriləcək zirvə toplantısında təmsil olunacaq. BAXCP-dən APA-ya verilən xəbərə görə, partiyanın beynəlxalq məsələlər üzrə katibi Elçin Mirzəbəyli və BAXCP sədrinin köməkçisi Aydın Məmmədov Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə yola düşüblər.

Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısının martın 18-19-da Antaliyada baş tutacağı gözlənilir. 2 gün davam edəcək zirvə toplantısı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun himayəsi altında keçiriləcək. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının da üzv olduğu Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının zirvə toplantısında regiondakı vəziyyət və təhlükəsizliklə bağlı problemlər, əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, BAXCP ötən ildən etibarən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının tamhüquqlu üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR