Azərbaycanda avro və dollar ucuzlaşıb

Azərbaycanda avro və dollar ucuzlaşıb
# 08 fevral 2016 06:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün fevralın 5-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 8-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi fevralın 5-i ilə müqayisədə 0,0034 manat və ya 0,21% azalaraq 1,5819 səviyyəsində müəyyən olunub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0139 manat və ya 0,78% zəifləyərək 1,7610 manata düşüb.

Rusiya rublunun məzənnəsi 0,0002 manat və ya 0,97% azalaraq 0,0205 manat səviyyəsində müəyyənləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR