Elmar Məmmədyarov ECO-nun baş katibini qəbul edib

Elmar Məmmədyarov ECO-nun baş katibini qəbul edib
# 27 yanvar 2016 15:32 (UTC +04:00)

Bakı - APA. Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibi Xəlil İbrahim Akçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ECO ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. E. Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, energetika, xüsusən də elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində geniş imkanların olduğunu diqqətə çatdırıb

Üzv dövlətləri birləşdirəcək nəqliyyat infrastrukturlarının inkişafının faydalı olacağını qeyd edən nazir Qəzvin-Rəşt-Astara-Astara və Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin region üçün xüsusi əhəmiyyətini vurğulayıb.

İlk rəsmi səfərini Azərbaycana etdiyini deyən X..İ. Akça başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib və ECO-nun əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Baş katib müstəqil tədqiqat mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, eləcə də ECO katibliyi ilə təşkilata üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi məsələsinin gündəlikdə durduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR