"Finans Lizinq" istiqraz emissiyasına başlayır

"Finans Lizinq" istiqraz emissiyasına başlayır
# 18 dekabr 2015 08:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Finans Lizinq” ASC faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bak Fond Birjasından (BFB) “APA-Economics”ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası QSC-də həyata keçiriləcək.

İstiqrazların hər birinin nominal dəyəri 500 ABŞ dolları, sayı 500 ədəd, emissiyanın ümumi həcmi isə 250 000 ABŞ dolları təşkil edir.

İstiqrazların tədavül müddəti 1080 gün, faiz dərəcəsi 14%, faiz ödəniş dövrünün müddəti 3 aydan birdir.

Yerləşdirmədə anderrayter qismində “Texnika Kapital Menecment” MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR