Paskal Monye Gürcüstana səfir təyin edilib

Paskal Monye Gürcüstana səfir təyin edilib
# 07 mart 2016 15:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Fransanın Azərbaycandakı keçmiş səfiri Paskal Monye ölkəsinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində təyin edilib.

APA-nın Gürcüstan Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yeni səfir artıq martın 4-də etimadnaməsinin surətini Gürcüstan xarici işlər naziri Mixael Canelidzeyə təqdim edib.

M. Canelidze Paskal Monyeyə səfir kimi fəaliyyətində uğurlar arzulayıb. Müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu deyən nazir Gürcüstan və Fransa arasındakı dost münasibətlərinə diqqət çəkib.

Öz növbəsində, P. Monye Fransa höumətinin iki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi üçün dəstəyini bir daha qeyd edub.

Tərəflər arasında Gürcüstanda davam edən proseslər, Avropa İttifaqı ölkələrinə vizasız səyahət, Gürcüstanın Avropa və avroatlantik inteqrasiyası, Gürcüstanın işğal edilmiş ərazilərində və regiondakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR