“Beynəlxalq Bank işi” ilə bağlı tutulan televiziya təsisçisinin cinayət işi üzrə istintaq yekunlaşıb

“Beynəlxalq Bank işi” ilə bağlı tutulan televiziya təsisçisinin cinayət işi üzrə istintaq yekunlaşıb
# 03 avqust 2016 09:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Beynəlxalq Bank işi” ilə bağlı tutulan Səməd Sadıqovun barəsindən olan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, cinayət işinin materialları yaxın günlərdə tanışlıq məqsədi ilə ona təqdim olunacaq.

Qeyd edək ki, S. Sadıqov “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən 4 milyon 410 min manat kredit götürərək qaytarmamaqda ittiham edilir.

2015-ci ilin oktyabr ayının 12-də S.Sadıqov barəsində Nərimanov Rayon Məhkəməsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra iş adamı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

O Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, 2015-ci il oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Rəsmi məlumata əsasən, müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

S. Sadıqov “CityTV”-nin təsisçisi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR