İki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin sabiq idarə rəisi xəstəxanaya yerləşdirilib

İki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin sabiq idarə rəisi xəstəxanaya yerləşdirilib
# 04 iyun 2016 18:20 (UTC +04:00)

Bakı-APA. Vəzifədən sui-istifadə ittihamı ilə iki gün əvvəl həbs olunan Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsinin sabiq rəisi, general-mayor Melsik Çilingəryan xəstəxanaya yerləşdirilib. Bu barədə APA erməni mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, iyunun 3-də İrəvan məhkəməsi mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib.

Məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilingəryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryan vəzifələrindən sui-istifadə etməkdə təqsirli biliniblər.

Bildirilir ki, adıçəkilən şəxslər vəzifələrindən sui-istifadə edərək ordunun ehtiyacları üçün müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, bir neçə hallarda isə tələb olunmayan mallar alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR