Gəncədə 65 yaşlı qadın naməlum avtomobillə vurulub

Gəncədə 65 yaşlı qadın naməlum avtomobillə vurulub
# 18 fevral 2016 09:34 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Nəriman Nərimanov prospektində şəhər sakini, 1951-ci il təvəllüdlü Amalya Ağayeva yolu keçmək istəyərkən markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Xəsarət alan qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR