Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Gəncədə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 18 avqust 2016 01:15 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami prospekti ilə Pərviz Səmədov küçəsinin kəsişməsində qeydə alınıb.

Şəhər sakini, 1986-cı il təvəllüdlü Aqil Xəlilovun idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil yüksək sürətlə hərəkət edərək yolun kənarında dayanan “VAZ 2107”-ə çırpılıb. Qəza zamanı “Passat”ın sürücüsü və sərnişini, 1989-cu il təvəllüdlü Xəyal Hüseynov, həmçinin “VAZ”da olan sərnişin 1990-cı il təvəllüdlü Nuranə Əliyeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Sürücü A. Xəlilovun vəziyyəti normal olduğu üçün ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər iki nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR