Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 304 nəfər ölüb

Bu il Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrində 304 nəfər ölüb
# 13 iyul 2016 08:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda bu ilin 6 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 140 fakt (13,4%), həlak olanların sayı 103 nəfər (25,3%), xəsarət alanların sayı 147 nəfər (13,2%) azalıb.

Bakıda 323 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 73 nəfər həlak olub, 342 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və xəsarət alanların sayı uyğun olaraq 69 fakt (17,6%), 45 nəfər (38,1%), 72 nəfər (17,4 %) azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR