Türkiyədə daha 543 hakim və prokuror vəzifədən çıxarılıb

Türkiyədə daha 543 hakim və prokuror vəzifədən çıxarılıb
# 01 sentyabr 2016 15:47 (UTC +04:00)

Bakı - APA. Türkiyədə 543 hakim və prokuror vəzifələrindən azad edilib.

APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Hakimlər və Prokurorlar Ali Şurası bu haqda qərar qəbul edib.

Həmin hakim və prokurorlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində vəzifələrindən uzaqlaşdırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR