Azərbaycan UNESCO Baş Konfransının 38-ci sessiyasında iştirak edir

Azərbaycan UNESCO Baş Konfransının 38-ci sessiyasında iştirak edir
# 04 noyabr 2015 06:49 (UTC +04:00)

Bakı.Türbət Bağırova-APA. Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin üzvləri Fransanın paytaxtı Parisdə dünən başlayan UNESCO Baş Konfransının 38-ci sessiyasına qatılıb.

APA-nın UNESCO-nun saytına istinadən verdiyi məlumata görə, iştirakçı ölkələr təşkilatın 70 illliyi və digər məsələləri müzakirə edəcək, habelə təhsil sahəsində Fəaliyyət planını qəbul edəcək.

Sessiya çərçivəsində UNESCO-nun mədəni irsin qorunmasında fəaliyyətinin gücləndirilməsi və hərbi münaqişələr kontekstində mədəni plüralizmin təşviqi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Sessiyada təşkilatın rəhbər orqanlarına seçkilər keçiriləcək.

Həmçinin, Kosovanın təşkilata üzvülüyü ilə bağlı səsvermənin baş tutacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR