Ağdamda 39 yaşlı kişi döyüldükdən sonra bıçaqlanıb

Ağdamda 39 yaşlı kişi döyüldükdən sonra bıçaqlanıb
# 25 sentyabr 2016 15:16 (UTC +04:00)

Ağdam.Ziya Əmirxanlı-APA. Ağdamda 39 yaşlı kişi döyüldükdən sonra bıçaqlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çıraxlı kəndində qeydə alınıb.

Ağdam Mərkəzi rayon Xəstəxanasından APA-ya verilən xəbərə görə İsmayılov Elnur Asif oğlu xəstəxanaya daxil olarkən onun sol üz nahiyəsi və əllərinin üstü kəsilmiş deşilmiş vəziyyətə olub. APA-nın əldə etdiyi xəbərə görə , hadisə qısqanclıq zəminində baş verib. E. İsmayılovu kənd məzarlığına aparan bir qrup şəxs onu döydükdən sonra bıçaqlayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR