Tovuz rayon sakinini ilan sancıb

Tovuz rayon sakinini ilan sancıb
# 07 avqust 2016 16:40 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayon sakinini ilan sancıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə rayonun Hunanlar kənd sakini 2001-ci il təvəllüdlü Elvin Tağıyev heyvan otara zaman onu ilan sancıb.

E. Tağıyev sağ ayağın ilan sancması xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR