Elçin Quliyev cəbhə bölgəsində vətəndaşları qəbul edəcək

Elçin Quliyev cəbhə bölgəsində vətəndaşları qəbul edəcək
# 07 oktyabr 2015 14:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev oktyabr ayının 14-də Horadiz Sərhəd Dəstəsində Beyləqan və Füzuli rayon sakinlərini qəbul edəcək.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, qəbulda iştirak etmək istəyənlərdən onları maraqlandıran sualları oktyabr ayının 11-dək Dövlət Sərhəd Ximətinin www.dsx.gov.az rəsmi saytında yerləşdirmələri xahiş olunur.

Bundan başqa vətəndaşlar qeydiyyat üçün 012-498-01-43 və 012-498-02-29 nömrəli telefonlar və ya Horadiz Sərhəd Dəstəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR