UNİCEF Azərbaycanla bağlı yeni proqram qəbul edib

UNİCEF Azərbaycanla bağlı yeni proqram qəbul edib
# 04 fevral 2016 10:04 (UTC +04:00)

APA-nın xəbərinə görə, sessiyada humanitar tədbirlərin inteqrasiya edilməsi və iqlim dəyişikliyinin təsirlərinin zəiflədilməsi ilə bağlı məsələlər müzakirə edilib.

UNİCEF İdarə Heyətinin yeni seçilmiş prezidenti, Estoniyanın BMT-dəki daimi nümayəndəsi Sven Jürgenson 2015-ci ildə əldə edilmiş nailiyyətləri qeyd edib. “Bu nailiyyətlərə Davamlı İnkişaf Məqsədləri və İqlim dəyişikliyinə dair Paris razılaşmaları daxildir”, - deyə o vurğulayıb.

S. Jürgenson bildirib ki, bu nailiyyətlərə baxmayaraq, “dondurulmuş” münaqişələr və təbii fəlakətlər inkişaf proseslərə maneə olub.

Sessiya çərçivəsində İdarə Heyəti Azərbaycan da daxil olmaqla, 7 ölkə üçün proqram sənədlərini təsdiqləyib.

Qeyd edək ki, 3 günlük sessiya zamanı İdarə Heyəti UNİCEF-in 2014-cü il üçün maliyyə hesabatını, audit bəyanatlarını, Auditorlar Heyətinin hesabatını və büdcəni nəzərdən keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR