Türkiyə Rusiyaya “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər

Türkiyə Rusiyaya “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər
# 16 avqust 2016 18:57 (UTC +04:00)

Bakı-APA. Türkiyə Suriyada aparılan antiterror əməliyyatlar zamanı Rusiyaya “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər.

APA-nın xəbərəinə görə, bunu Rusiyanın Federasiya Şurasının beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Türkiyə Suriyada antiterror əməliyyatların aparılması üçün Rusiyanın Hərbi-Kosmik Qüvvələrinə “İncirlik” aviabazasından istifadə etməsinə icazə verə bilər. Bu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Rusiyaya doğru atdığı addımlarının məntiqi davamı ola bilər”, - deyə İqor Morozov qeyd edib.

O qeyd edib ki, belə bir qərar Suriya və İranın Rusiyaya “Xmeymim” və “Həmadan” aviabazalarından istifadə etməsinə icazə verməsi fonunda qəbul edilə bilər.

Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Ozerov ötən həftə Sankt-Peterburqda Rusiya və Türkiyə prezidentləri arasında baş tutmuş danışıqlardan sonra Türkiyənin bu cür qərar verəcəyini istisna etməyib: “Görüş zamanı Ərdoğan Suriyada terrorçulara qarşı mübarizədə Türkiyənin Rusiyanı dəstəkləməyə hazır olduğunu bəyan edib”.

“Demək olmaz ki, Rusiyanın “İncirliyə” ehtiyacı var, lakin bu cür qərar Türkiyənin terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa sözdə yox, əməldə hazır olması kimi səciyyələndirmək olar”, - deyə Ozerov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR