AXCP-nin qurultayının nəticələrinin tanınmaması barədə məhkəmə qərarından verilən şikayət təmin olunmayıb

AXCP-nin qurultayının nəticələrinin tanınmaması barədə məhkəmə qərarından verilən şikayət təmin olunmayıb
# 05 may 2016 11:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və partiya sədri Əli Kərimli AXCP-nin qurultayının nəticələrinin tanınmaması ilə bağlı məhkəmə qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, AXCP-nin 2015-ci il sentyabrın 27-də qurultayı keçirilib. Açıq səsvermə ilə Ə.Kərimli sədr seçilib. Qurultayın nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunsa da, nazirlik məhkəməyə müraciət etməyi tövsiyə edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarıb. AXCP və Ə.Kərimli həmin qərardaddan apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR