Astarada müəlliməni maşın vurub

Astarada müəlliməni maşın vurub
# 02 oktyabr 2015 09:51 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astarada piyadanı maşın vurub. Astara Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Deqədi kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Nübar Akif qızı Tarverdiyeva müəllim işlədiyi məktəbə gedərkən Astara rayon sakini Əfrayıl Arzu oğlu Əmirovun idarə etdiyi “QAZ-66” markalı, 50 BC 027 dövlət nömrə nişanll yük maşını onu vurub. N.Tarverdiyeva sol bud sümüyünün sınığı və bədəninin müxtəlif nahiyələrində sıyrılmalar diaqnozu ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR