Elmar Məmmədyarov BMT-nin yeni Rezident Əlaqələndiricisini qəbul edib

Elmar Məmmədyarov BMT-nin yeni Rezident Əlaqələndiricisini qəbul edib
# 11 aprel 2016 15:41 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Azərbaycana yeni təyin olunmuş Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsakzaini qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüşdə Q. İsakzai etimadnaməsinin surətini xarici işlər nazirinə təqdim edib. Nazir onun Azərbaycanla BMT arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib, ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və əlaqələrin inkişafı üçün səylərin artırılmasının vacibliyi qeyd edib.

Qulam İsakzai təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. O, həmçinin, Azərbaycanın “ANAMA” və “ASAN Xidmət” kimi qurumların təcrübəsindən digər ölkələrin faydalanmasının zəruriliyini qeyd edib.

E. Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə son illər həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində son dövrlər atılan addımlar barədə danışıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR