“Rabitəbank” "Kartmane" məhsulunun saytını istifadəyə verib - FOTO

“Rabitəbank” "Kartmane" məhsulunun saytını istifadəyə verib - <span style="color: red;">FOTO
# 16 sentyabr 2015 10:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ilk özəl banklarından biri olaraq fəaliyyət göstərməkdə davam edən, müştəri rahatlığı və məmnunluğuna xüsusi önəm və dəyər verən “Rabitəbank” ASC, “Kartmane” - depozit kartının saytını http://kartmane.az/ müştərilərinin istifadəsinə təqdim edib.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, rahat interfeysə malik olan və istifadə baxımından tam müştəri yönümlü olaraq hazırlanmış bu sayt vasitəsilə hər bir kəs “Kartmane” haqqında onları maraqlandıra biləcək istənilən suala cavab tapmaqla yanaşı, kartın onlayn sifarişini həyata keçirtmək imkanından da faydalana biləcəklər.

Saytda həmçinin onlayn konsultasiya və zəng sifarişi xidməti mövcuddur ki, ondan istifadə etməklə müştərilər birbaşa olaraq “Rabitəbank”ın məsul əməkdaşlarından kart və bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, pul yığmaq üçün ideal vasitə olan “Kartmane” depozit kartı ilə müştərilər depozitlərini özündən ayırmadan müxtəlif növ kart əməliyyatlarını həyata keçirə bilərlər. Hər kəsin arzu və tələbinə cavab verən “Kartmane” vasitəsilə istənilən an pulun heç bir komisyon haqqı tutulmadan kartdan çıxarılması və dünyanın bir çox ölkəsində ödənişlər zamanı istifadə etmək imkanı mövcuddur.

Minimal məbləğ 100 manat/dollar ilə xidmətə qoşularaq istifadəçilərə ödənişsiz olaraq 1 və ya 2 illik "Visa Elektron" kartı təqdim olunur. Manat valyutasında açılmış kartlar üzrə illik gəlirlik 14%, dollar hesabı ilə açılmış kartlarda isə 9% təşkil edir.

“Rabitəbank” ASC-nin təqdim etdiyi əmanət məhsulları, plastik kartları və digər xidmətlərinə dair daha ətraflı məlumatı bankın 133 məlumat mərkəzinə zəng etməklə və ya rəsmi internet ünvanına http://www.rabitabank.com/ daxil olmaqla əldə edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR