FHN-in hazırladığı “Təxirəsalınmaz ilk tibbi yardım” kitabçası işıq üzü görüb

FHN-in hazırladığı “Təxirəsalınmaz ilk tibbi yardım” kitabçası işıq üzü görüb
# 01 fevral 2016 14:46 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırladığı “Təxirəsalınmaz ilk tibbi yardım” adlı yaddaş kitabçası işıq üzü görüb.

APA-nın FHN-in saytına istinadən xəbərinə görə, kitabça ekstremal vəziyyətlərdə zərərçəkmişlərə ilk tibbi yardım göstərə biləcək tibbi təhsili olmayan şəxslər üçün nəzərdə tutulub. Geniş oxucu kütləsinin faydalana biləcəyi və maarifləndirmə məqsədi daşıyan nəşrdə həkimə qədər ilk tibbi yardımla bağlı lakonik, illüstrasiyalı məlumatlar verilib. Kitabçada “Təcili yardım” hadisə yerinə gələnədək huşsuz vəziyyətdə olan, tənəffüsü və ürək fəaliyyəti dayanmış zərərçəkmişi canlandırmaq üçün həyata keçirilən ilkin ürək-ağciyər reanimasiyası, kəskin qanaxmalar, sınıqlar və ağır yaralanmalar zamanı əlaltı vasitələrdən istifadə etməklə göstərilməli olan ilk tibbi yardım tədbirləri ardıcıllığı fotoşəkillər vasitəsilə əyani olaraq təqdim edilib.


Qeyd edək ki, sözügedən kitabça FHN-in maarifləndirmə proqramı çərçivəsində işıq üzü görmüş növbəti nəşridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR