Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb

Bu il Azərbaycanda neft və qaz hasilatı azalıb
# 18 mart 2016 07:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 2,7 mlrd. manat olmaqla əvvəlki ilin yanvar-fevral aylarına nisbətən 0,8% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan xam neftin hasilatı 6,9 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 3,2 mlrd. kubmetr təşkil edib.

Bu ilin 2 ayı ərzində ölkədə 6 867,4 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, 2015-ci ilin yanvar-fevral aylarına nisbətən 1,4% azdır. Nəticədə bu ilin martın 1-nə 323,9 min ton hazır məhsul ehtiyatı yaranıb. Bunun 6 857,5 min tonu əmtəəlik xam neftdir ki, bu da daha əvvəlki illə müqayisədə 1,4% azdır.

Bu ilin yanvar-fevral ayları ərzində ölkədə 4 945,2 mln kubmetr təbii qaz istehsal olunub. Bu, 2015-ci ilin yanvar-fevral aylarının göstəriciləri ilə müqayisədə 2,5% çoxdur. Nəticədə bu ilin martın 1-nə 954,6 min kubmetr hazır məhsul ehtiyatı yaranıb. Bunun da 3 154,7 mln. kubmetr əmtəəlik təbii qazdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR