BƏƏ neft ixracını dayandırır

BƏƏ neft ixracını dayandırır
# 18 yanvar 2016 10:40 (UTC +04:00)

Bakı - APA-Economics. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

"APA-Economics"in məlumatına görə, bu barədə BƏƏ-nin baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum öz "Twitter" səhifəsində yazıb.

Baş nazir bildirib ki, "yaxın vaxtda BƏƏ-dən sonuncu neft barreli ixrac ediləcək".

O əlavə edib ki, rəhbərlik etdiyi hökumət yaxın gələcəkdə ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək üçün müzakirələrə başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR