Gəncə şəhər sakini ikinci dəfə intihara cəhd edib

Gəncə şəhər sakini ikinci dəfə intihara cəhd edib
# 15 dekabr 2015 08:00 (UTC +04:00)

Gəncə - APA. Gəncə şəhərində intihara cəhd olunub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Etibar Musayev şəhərin Heydər Əliyev prospektində yerləşən binalardan birinin üzərinə çıxaraq özünü atmaq istəyib. Əraziyə Gəncə şəhər Baş Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. E. Musayev ailə qurmaq istədiyi qızı ona vermədikləri üçün bu yola əl atdığını bildirib. Onunla söhbət aparılıb. Qızın valideynləri əraziyə gətirilib və bir ildən sonra qızı ona verəcəkləri ilə bağlı razılıq əldə olunub. Bundan sonra E. Musayev fikrindən daşınıb.

Qeyd edək ki, E. Musayev dünən intihar məqsədi ilə gəmiricilərə qarşı istifadə olunan dərman içərək Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR