Aktobedəki terror aktlarında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Aktobedəki terror aktlarında şübhəli bilinən daha bir nəfər saxlanılıb
# 08 iyun 2016 09:19 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Qazaxıstan polisi iyunun 5-də Aktobe şəhərində baş vermiş terror aktında şübhəli bilinən daha bir nəfəri saxlayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Sadubayev bildirib.

Onun sözlərinə görə, qalan 6 cinayətkarın tapılması üzrə axtarışlar davam etdirilir.

A. Sadubayev bildirib ki, xüsusi xidmət orqanları cinayətkarların tapılması, habelə Aktobe şəhərində təhlükəsizliyin və qayda-qanunun təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirir.

Xatırladaq ki, iyunun 5-də Aktobenin 3 rayonunda atışma baş verib, naməlum şəxslər 2 silah mağazasına və hərbi hissəyə hücum ediblər. Xüsusi əməliyyat zamanı 4 cinayətkar öldürülüb. Atışma zamanı 3 dinc sakin və 3 hərbçi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR