DGK: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranmış cüzi sıxlıq aradan qaldırılıb

DGK: “Sınıq Körpü” gömrük keçid məntəqəsində yaranmış cüzi sıxlıq aradan qaldırılıb
# 20 mart 2016 15:15 (UTC +04:00)

Bakı-APA. Bu gün bəzi kütləvi informasiya vasitələrində Gürcüstan Respublikası ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində sıxlıq yaranması ilə bağlı məlumat yayılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram günləri ilə əlaqədar Gürcüstan Respublikasına səyahət edənlərin sayındakı kəskin artım martın 20-də səhər saatlarında Tovuz Gömrük İdarəsinin ”Sınıq Körpü” gömrük postunda qısamüddətli nisbi sıxlığın yaranmasına səbəb olub.

Gömrük orqanlarının dərhal həyata keçirdiyi tədbirlər nəticəsində cüzi sıxlıq aradan qaldırılıb. Hazırda gömrük keçid məntəqəsində sərnişinlərin və nəqliyyat vasitələrinin rahat, maneəsiz keçidi tam təmin olunub və hər hansı sıxlıq müşahidə olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR