Dağıstanın cənubunda antiterror əməliyyatı rejimi tətbiq edilib

Dağıstanın cənubunda antiterror əməliyyatı rejimi tətbiq edilib
# 18 aprel 2016 19:56 (UTC +04:00)

Bakı – APA. Dağıstanın cənub bölgəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.

APA-nın RIA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə milli antiterror Komitəsinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda Məhərrəmkənd rayonunda silahlıların yaxalanması və zərərsizləşdirilməsi üzrə əməliyyat aparılır: “Antiterror əməliyyatı rejimi gizli fəaliyyət göstərən quldur dəstələri üzvlərinin axtarışı ilə əlaqədar tətbiq edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR