Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin nümayəndəsi və Malayziyanın Təhsil Nazirliyinin baş direktoru ilə görüşüb

Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin nümayəndəsi və Malayziyanın Təhsil Nazirliyinin baş direktoru ilə görüşüb
# 25 noyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım üzrə koordinatoru Alina Romanovskini qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə iki ölkə arasında həyata keçirilmiş təhsil üzrə əməkdaşlıq proqramlarının Azərbaycan Respublikasının qəbul etdiyi prioritet istiqamətlərə uyğunlaşdırılması məsələləri müzakirə olunub.

Noyabrın 24-də təhsil naziri Mikayıl Cabbarov Malayziya Federasiyasının Təhsil Nazirliyinin baş direktoru Xair bin Məhəmməd Yusifi qəbul edib. M. Cabbarov ölkəmiz üçün Malayziya təcrübəsinin öyrənilməsinin önəmini nəzərə çatdırıb. Hər iki tərəf təhsil üzrə əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsinin vacibliyini bildirib və gələcəkdə təhsilin müxtəlif sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR