Brüsseldə daha bir partlayış metroda baş verib, 10 nəfərin öldüyü bildirilir - YENİLƏNİB

Brüsseldə daha bir partlayış metroda baş verib, 10 nəfərin öldüyü bildirilir - <span style="color: red;">YENİLƏNİB
# 22 mart 2016 10:22 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Belçikanın paytaxtı Brüsseldə metrostansiyada baş verən partlayış nəticəsində ən az 10 nəfər ölüb.

APA-nın “RIA Novosti”yə istinadən verdiyi xəbərə görə, 15 nəfər isə yaralanıb.

Brüsseldə ard-arda baş verən partlayışlardan sonra şəhər metropoliteninin bütün stansiyaları bağlanılıb, habelə bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Lenta.ru-nun verdiyi xəbərə görə, məktəb və uşaq bağçaları da bağlanıb.

***

12:36

Bakı.Məlahət Nəcəfova-APA. Belçikanın paytaxtı Brüsseldə daha bir partlayış baş verib.

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə metronun Malbek stansiyasında qeydə alınıb. Hadisə nəticəsində ölən barədə məlumat verilməsə də,yaralıların olduğu deyilir. Hazırda metrodakı insanlar evakuasiya edilir.

Xatırladaq ki, Brüsseldə Zaventem hava limanında bu gün ard-arda iki güclü partlayış baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, xeyli insan yaralanıb. Hələlik partlayışın səbəbi məlum olmasa da, terror aktı olduğu barədə şübhələr var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR