ABŞ-ın Ayova ştatında seçki “kokus”larının nəticələri bəlli olub

ABŞ-ın Ayova ştatında seçki “kokus”larının nəticələri bəlli olub
# 02 fevral 2016 07:58 (UTC +04:00)

Bakı – APA. ABŞ-da Demokratlar və Respublikaçılar partiyalarının prezidentliyə namizədlərini müəyyənləşdirmək üçün Ayova ştatında keçirilən ilk “kokus”ların (toplantı+səsvermə) nəticələri bəlli olub.

APA-nın “The Washington Post”a istinadən verdiyi xəbərə görə, demokratlar daxilində sabiq dövlət katibi Hillari Klinton və Vermont senatoru Berni Sanders təxminən eyni miqdarda - hər ikisi 49 faizdən çox - səs alıblar. H. Klinton cüzi səs üstünlüyü səbəbilə demokratların namizədinin rəsmən elan olunacağı qurultaya Ayovadan 22 nümayəndə, B. Sanders isə 21 nümayəndə göndərəcək. Qurultay iyul ayında keçiriləcək.

Respublikaçılar daxilində isə rəy sorğularının əksinə olaraq iş adamı Donald Tramp qalib gələ bilməyib. O, 24% səs alaraq ikinci yeri tutub. Texas senatoru Ted Kruz 28 faizlə Ayovada qələbə çalıb. Florida senatoru Marko Rubio gözləniləndən daha çox – 23% səs toplayıb. T. Kruz respublikaçıların namizədinin rəsmən elan olunacağı qurultaya 8, Tramp və Rubio isə hər biri 7 nümayəndə göndərəcək. Respublikaçıların qurultayı da iyul ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR