Sumqayıtda xəsarətlə xəstəxanaya daxil olan şəxs orada ölüb

Sumqayıtda xəsarətlə xəstəxanaya daxil olan şəxs orada ölüb
# 08 sentyabr 2016 14:01 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda ölüm hadisəsi baş verib.

Sumqayıt şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gecə saat 02.30 radələrində şəhər sakini, 1984-cü il təvəllüdlü Namiq Mahiyəddin oğlu Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə Sumqayıt şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına daxil olub. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb N. Məmmədov aldığı xəsarətdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertizalar təyin edilib, digər zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR