Azərbaycan növbəti mövsümə 2 pillə irəlidən başlayacaq

Azərbaycan növbəti mövsümə 2 pillə irəlidən başlayacaq
# 15 dekabr 2015 08:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan UEFA reytinqində daha 2 pillə irəliləyəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda təmsilçisi qalmayan ölkəmiz hazırda 26-cı pillədə qərarlaşsa belə, növbəti 2016/17 mövsümünə 24-cü yerdə başlayacaq.

Hesabında 14,875 xal olan Azərbaycan bu nəticəni son 5 mövsümün nəticələrinə görə toplayıb. Klublarınız ölkənin reytinqinə 2011/12-də 1,375, 2012/13-də 3,000, 2013/14-də 2,500, 2014/15-də 3,625, 2015/16-da 4,375 xal yazdırıb.

Növbəti mövsüm isə bunlardan birinin silinməsi ilə başlayacaq. Daim son 5 mövsümün göstəricilərini əsas götürən UEFA 2011/12 mövsümünü nəzərə almayacaq. Son 5 ildə ən zəif göstəricisini məhz həmin var gerçəkləşdirən Azərbaycanın xal hesabı 13,500-ə bərabər olacaq.

Nəticədə ölkəmiz Avropanın 54 təmsilçisi siyahısında 24-cü olacaq. Hazırkı mövqeyi ilə müqayisədə 2 pillə irəlilədiyimizdən Kipr və İsraili arxada qoyacağıq. Buna əsas səbəb isə həmin ölkələrin 2011/12 mövsümündə uğurlu çıxış edib, sonra bunu davam etdirə bilməməyidi. Bu üzdən də İsrailin 6,000, Kiprin 9,125 xalı silinəcək. Məhz bu amil də onların ölkəmizdən geri düşməsinə əsas səbəbdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR