Yanvarda 35 çoxmərtəbəli bina qazlaşdırılıb

Yanvarda 35 çoxmərtəbəli bina qazlaşdırılıb
# 05 fevral 2016 08:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəriqaz” İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin yanvar ayında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 35 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 1 715 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR