Azərbaycanın XİN rəhbəri: “Biz həmsədr ölkələrin XİN-nə etiraz məktubu göndərmişik”

Azərbaycanın XİN rəhbəri: “Biz həmsədr ölkələrin XİN-nə etiraz məktubu göndərmişik”
# 02 fevral 2016 18:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Biz Minsk Qrupu həmsədrlərinin işindən narazıyıq”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, Minsk Qrupu həmsədrləri neçə ildir irəliləyiş əldə etməyiblər:

“Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Tələb edirik ki, Minsk Qrupu fəaliyyətini bu istiqamətdə qursun. Azərbaycanın torpaqları işğal altındadır. BMT TŞ-nin üç daimi üzvü Minsk Qrupuna rəhbərlik edir, lakin heç bir irəliləyiş olunmayıb. Həmsədrlərin Strasburqa ünvanladığı məktub çox gülüncdür. Mən hər üç ölkənin XİN-nə etiraz məktubu göndərdim. Bildirdim ki, Dağlıq Qarabağla bağlı hansı məsələni qaldırmaq istəyiriksə, bu bizim öz işimizdir. Buna müdaxilə edə bilməzlər. Onlar Avropa deputatlarına təzyiq göstərə bilməzlər. Bu məntiqsizlikdir”.

Nazir həmsədrlərlə görüş barədə heç bir yeni məlumatın olmadığını deyib: “Bu şəkildə belə hərəkət edib Strasburqa məktub göndəriblərsə, düşünmürəm ki, görüş olsun”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR