QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib

QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib
# 09 avqust 2016 15:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlər ifadə verib. Vəkil bildirib ki, E. Mustafaoğluna qarşı irəli sürülən ittihamla bağlı hələlik heç bir mötəbər sübut yoxdur.

Məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR