Qusarda iki nəfər dəm qazından boğulub

Qusarda iki nəfər dəm qazından boğulub
# 12 fevral 2016 08:02 (UTC +04:00)

Qusar. Vəli Turan - APA. Qusar rayonunda dəm qazından boğulma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənd sakini 1991-ci il təvəllüdlü Mustafayev Rəşad Bəxtiyar oğlu və hələlik şəxsiyyəti müəyyənləşdirilməyən gənc qadının meyiti hamamda tapılıb. Hadisə yerinə Qusar rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı bağı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR