Nigeriyada terror aktları nəticəsində ölənlərin sayı 54-ə çatıb

Nigeriyada terror aktları nəticəsində ölənlərin sayı 54-ə çatıb
# 21 sentyabr 2015 16:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Nigeriyada baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, terror aktları zamanı 90 nəfər yaralanıb.

Partlayışlar ölkənin şimal-şərqində yerləşən Borno ştatının administrativ mərkəzi Mayduquri şəhərində baş verib. Hadisə nəticəsində mobil rabitə salonları olan binalar dağılıb.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Qeyd olunur ki, “Boko Haram” qruplaşması bu ərazilərə tez-tez hücumlar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR