Gəncə Avtomobil Zavodu: Naxçıvandakı tərəfdaşlarımıza dəstək verməyə hazırıq

Gəncə Avtomobil Zavodu: Naxçıvandakı tərəfdaşlarımıza dəstək verməyə hazırıq
# 23 fevral 2016 10:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Naxçıvan Avtomobil Zavodu bizim tərəfdaşımızdır. Biz yerli istehsalçıyıq. Bu zavoda hər hansı dəstək lazım olarsa, Gəncə avtomobil zavodu məmnuniyyətlə əməkdaşlığa hazırdır". "APA-Economics" xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov deyib.


Onun sözlərinə görə, hər iki zavodun fəaliyyəti yerli istehsalın inkişaf etdirilməsinə yönəlib.

"Hazırda bizim zavodla Kənd Təsərrüfatı Nazirliyi əməkdaşlıq edir. Dövlət tərəfindən verilən güzəştli kreditlər vasitəsilə fermerlər traktorlar alırlar, həmçinin zavodun məhsullarının güzəştli satışı da təşkil olunur", - deyə direktor qeyd edib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri ehtiyat hissələrinin ölkədə istehsal olunmasıdır: "Manatın devalvasiyası səbəbi ilə avro ilə alınan hissələrin qiyməti hazırda çox bahadır. Buna görə, biz çalışırıq ki, ehtiyat hissələri Azərbaycanda istehsal olunsun və sərfəli qiymətə satılsın".

K. Nəzərov deyib ki, hazırda ölkədə istifadə olunan traktorların 11%-i yerli istehsaldır: “Bildiyiniz kimi, biz traktorların ehtiyat hissələrini də istehsal edirik. İstehsalın Avropa standartlarına uyğunlaşdırılması üçün yeni avadanlıqlar alınır və yeni müəssisələrlə danışıqlar aparılır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR