Rusiya neft hasilatını artırır

Rusiya neft hasilatını artırır
# 19 aprel 2016 13:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Neft hasilatının dondurulması ilə bağlı Qətərin paytaxtı Dohada baş tutan görüşdə lazımi nəticə əldə edilmədikdən sonra Rusiya hasilatı artıra bilər. "APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib.

"Belə bir ehtimal var. İllik hasilatın 540 mln. ton səviyyəsinə qədər artırılması tam realdır", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, 2015-ci ildə Rusiyada 534 mln. ton neft hasil olunub. Bu, 2014-cü illə müqayisədə 1,4% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR