Bakıda istifadəyə yararsız avtomobil təkərləri yanıb, 2 nəfər zəhərlənib

Bakıda istifadəyə yararsız avtomobil təkərləri yanıb, 2 nəfər zəhərlənib
# 20 mart 2016 16:35 (UTC +04:00)

Bakı-APA. Qaradağ rayonu, Qobustan qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin ərazisində istifadəyə yararsız avtomobil təkərləri və 220 kv.m sahədə məişət tullantısı yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı avtomobil sexi yanğından mühafizə olunub. Yanğın saat 16:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR